Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
15.06.2026İyunun 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 1 tapança, 9 tüfəng, 7 patron darağı və 84 ədəd patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.