Ümumi çəkisi 35,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
11.06.2026Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 35,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan çox marixuana, 6,7 kiloqrama yaxın həşiş, 2 kiloqrama yaxın tiryək, 1,5 kiloqrama yaxın heroin, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 1113 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.