Avtomobildən oğurluq edənlər saxlanılıblar
07.05.2026Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Xəzər” markalı nəqliyyat vasitəsindən 350 manat dəyərində maqnitofon və dövlət qeydiyyat nişanları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Ə.Şərifzadə və əvvəllər məhkum olunmuş A.Babayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.