Marketlərdən lotereya biletləri və digər məhsullar oğurlayan şəxslər saxlanılıblar
14.04.2026Paytaxtın Binəqədi və Xətai rayonlarında yerləşən iki marketdən oğurluq edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən olunaraq saxlanılıblar. Onların obyektlərdən 3159 manat dəyərində lotereya bileti, tütün məmulatları və spirtli içkilər oğurladıqları məlum olub.
Araşdırmalar davam etdirilir.