Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
27.03.2026Martın 27-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.