Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib

16.03.2026

Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və  şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.
Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.

16.03.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub 16.03.2026
  • Marketdə soyğunçuluq edən iki nəfər saxlanılıb 16.03.2026
  • Yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb 16.03.2026
  • Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib 16.03.2026
  • Bankomatda qalan pulu oğurlayan  şəxs saxlanılıb 16.03.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 16.03.2026
  • Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib 16.03.2026
  • Ümumi çəkisi 4,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 16.03.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 16.03.2026