Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda 12 min manatlıq oğurluq edənlər saxlanılıblar

23.02.2026

Paytaxtın Binəqədi rayonunda evlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Biləcəri və Sulutəpə qəsəbələrində yerləşən dörd evdən ümumilikdə 6435 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı X. Rüstəmov müəyyən edilərək saxlanılıb. O, taladığı pullarla rayon ərazisində mağazaların birindən alış-veriş edib.
İdarə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində rayon ərazisindəki evlərin birindən 6 min  manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

23.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub 23.02.2026
  • Binəqədi rayonunda 12 min manatlıq oğurluq edənlər saxlanılıblar 23.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 23.02.2026
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 23.02.2026
  • Ümumi çəkisi 73,1 kiloqrama yaxın narkotik vasitə və 2999 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb 23.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 23.02.2026
  • Sabunçuda yeddi evdən 10 min manatlıq elektrik naqilləri oğurlayan iki nəfər saxlanılıb 23.02.2026