Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Restoranda rəfiqəsi ilə nahar edəndən sonra onun qızıllarını oğurlayan şəxs saxlanıldı

19.02.2026

Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib. Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib. Hadisədən sonra  S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. 
Faktla bağlı araşdırma aparılır.

19.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 19.02.2026
  • Zərərçəkənin kirayə yaşadığı evindən pul və qızıl oğurlayan şəxs saxlanıldı 19.02.2026
  • Çalışdıqları şirkətin anbarından 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı 19.02.2026
  • Restoranda rəfiqəsi ilə nahar edəndən sonra onun qızıllarını oğurlayan şəxs saxlanıldı 19.02.2026
  • Məhəlləsində yerləşən marketdən oğurladığı spirtli içki və tütün məhsullarını başqa mağazada satan şəxs saxlanıldı 19.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 19.02.2026
  • Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib 19.02.2026
  • Ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə və 1064 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb 19.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 19.02.2026
  • DİN BNMİ-nin əməliyyatı zamanı 25 kiloqram narkotik vasitə aşkarlanıb 19.02.2026
  • Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıblar 19.02.2026