Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib

20.02.2026

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.
R. Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İstintaqla həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.

Youtube linki - https://www.youtube.com/watch?v=-R2hJvM1fsk

 

20.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 20.02.2026
  • Xəzər rayonunda 11 kiloqrama yaxın narkotik vasitə aşkarlandı 20.02.2026
  • Səbail rayonunda 8 kiloqram narkotik vasitə aşkarlandı 20.02.2026
  • Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı 20.02.2026
  • Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı 20.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 20.02.2026
  • Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib 20.02.2026
  • Ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 20.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 20.02.2026
  • İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib 20.02.2026
  • Xətai rayonunda 24 kiloqram narkotik vasitə aşkarlandı 20.02.2026
  • Nizami rayonunda zərgərlik mağazasından oğurluq edən şəxs saxlanılıb 20.02.2026
  • Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb 20.02.2026