Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıblar

19.02.2026

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən biri- əvvəllər məhkum olunmuş Tural Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=8VeZkprKIt4

 

19.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 19.02.2026
  • Zərərçəkənin kirayə yaşadığı evindən pul və qızıl oğurlayan şəxs saxlanıldı 19.02.2026
  • Çalışdıqları şirkətin anbarından 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı 19.02.2026
  • Restoranda rəfiqəsi ilə nahar edəndən sonra onun qızıllarını oğurlayan şəxs saxlanıldı 19.02.2026
  • Məhəlləsində yerləşən marketdən oğurladığı spirtli içki və tütün məhsullarını başqa mağazada satan şəxs saxlanıldı 19.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 19.02.2026
  • Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib 19.02.2026
  • Ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə və 1064 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb 19.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 19.02.2026
  • DİN BNMİ-nin əməliyyatı zamanı 25 kiloqram narkotik vasitə aşkarlanıb 19.02.2026
  • Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıblar 19.02.2026