Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
11.02.2026Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 26 tüfəng, 3 patron darağı və 49 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.