Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Nərimanov rayonunda quldurluq edən və avtomobil qaçıran şəxsləri saxladı

11.02.2026

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib. Naməlum şəxs sifariş verdiyi qızıl-zinət əşyalarıml kuryer qismində ünvana çatdıran zərərçəkənə bıçaqla xəsarət yetirib və məhsulu götürərək hadisə yerindən uzaqlaşıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən olunaraq saxlanılıb. Onun üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Maqsudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə paytaxt sakininin “Vaz 2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim Məmmədov da saxlanılıb. Qeyd edək ki, İ.Məmmədov qaçırdığı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalarla onun bir müddət əvvəl daha iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını və 1 yük avtomobilin akkumulyatorunu oğurladığı məlum olub.
Araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=5aE4IbH5zAo 

11.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub 11.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 11.02.2026
  • Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib 11.02.2026
  • Ümumi çəkisi 18,5 kiloqrama yaxın narkotik vasitə və 306 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb 11.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 11.02.2026
  • Polis Nərimanov rayonunda quldurluq edən və avtomobil qaçıran şəxsləri saxladı 11.02.2026