Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda narkotiklərin təsiri altında avtomobil idarə edın sürücü həbs edilib

05.02.2026

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Sonuncu tədbir zamanı rayon ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb. Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Youtube linki - https://www.youtube.com/watch?v=gtLqmhBecEE

 

05.02.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 05.02.2026
  • Binəqədi rayonunda 11840 manat dəyərində optik naqil oğurlayan şəxs saxlanılıb 05.02.2026
  • Oğurladığı elektrik naqillərini yandıraraq satan şəxs saxlanıldı 05.02.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 05.02.2026
  • Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib 05.02.2026
  • Ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 05.02.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 05.02.2026
  • Nəsimi rayonunda narkotiklərin təsiri altında avtomobil idarə edın sürücü həbs edilib 05.02.2026
  • Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib 05.02.2026
  • Binəqədi rayonunda 11840 manat dəyərində optik naqil oğurlayan şəxs saxlanılıb 05.02.2026