Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
04.02.2026Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 17 tüfəng, 3 patron darağı və 1018 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.