Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
01.02.2026Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 31-də və fevralın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 11 tüfəng, 15 patron darağı, 252 ədəd müxtəlif çaplı patron və 48 mərmi aşkar edərək götürüblər.