Ümumi çəkisi 42,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
20.01.2026Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 20-də ümumi çəkisi 42,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 35 kiloqrama yaxın marixuana, 4,4 kiloqramdan artıq heroin və 3,5 kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.