Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
12.01.2026Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.