Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN BNMİ-nin əməliyyatı zamanı ifşa olunan mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlandı

17.12.2025

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. 
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=aNwMy4cmBS8 

17.12.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub 17.12.2025
  • Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxsi polis saxladı 17.12.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 17.12.2025
  • Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib 17.12.2025
  • Ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 17.12.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 17.12.2025
  • DİN BNMİ-nin əməliyyatı zamanı ifşa olunan mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlandı 17.12.2025