Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
16.12.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Dekabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 qumbara, 9 tüfəng, 23 patron darağı və 679 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.