Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Abşeronda oğurluq və soyğunçuluq edən şəxsləri saxladı

29.11.2025

Abşeron rayonunda soyğunçuluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs Masazır qəsəbəsi ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 1800 manat olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qarayevi müəyyən edərək saxlayıblar.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Xırdalan şəhər sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, keçmişdə də məhkum edilmiş 35 yaşlı R.Abbasov da tutulub.
Hər iki fakt üzrə araşdırmalar aparılır.

29.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub 29.11.2025
  • Polis Abşeronda oğurluq və soyğunçuluq edən şəxsləri saxladı 29.11.2025