Polis ev və mağazalardan oğurluq edən şəxsi saxlayıb
23.11.2025Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında rayon ərazisində yerləşən mağaza və evlərdən elektrik avadanlıqları, eləcə də təmir-tikinti alətləri naməlum şəxs tərəfindən talanıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı H.Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.