Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlara başlayıb

21.11.2025

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir.
Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər.  
“Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.


Youtube linki - https://www.youtube.com/watch?v=fsZXWK6A4EQ

 

21.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub 21.11.2025
  • Polis Nəsimi rayonunda pul, bank kartı və avtomobildən akkumulyator oğurlayanları saxladı 21.11.2025
  • DİN BNMİ-dən əməliyyat: Saxlanılan şəxsdən 10 kiloqram marixuana aşkarlandı 21.11.2025
  • Bakıda soyğunçuluq edən şəxsi polis saxladı 21.11.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 21.11.2025
  • Dələduzluğa görə axtarışda olan 23 nəfər saxlanılaraq istintaqa təhvil verilib 21.11.2025
  • Ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 21.11.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 21.11.2025
  • Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlara başlayıb 21.11.2025