Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
13.11.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 6 avtomat silahı, 2 tapança, 2 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 17 patron darağı və 115 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.