Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
31.10.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 pulemyot, 2 tapança, 8 qumbara, 4009 trotil, 1 alışdırıcı, 13 tüfəng, 80 patron darağı, 9035 ədəd müxtəlif çaplı patron və 3 süngü bıçaq aşkar edərək götürüblər.