Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
24.10.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 qumbara, 2 alışdırıcı, 12 tüfəng, 3 patron darağı və 736 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.