Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
17.10.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7 tüfəng və 510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.