Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yaşlı insanların kartından pul oğurlayan şəxs saxlanılıb

13.10.2025

Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək bank kartlarından ümumilikdə 2000 manat məbləğində vəsaitlərinin oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlər əsasında Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Orxan Cəlilov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, O.Cəlilov əsasən yaşlı insanlara bankomatlardan pul çıxarmaqda “kömək etmək” adı ilə yaxınlaşıb. O, zərərçəkən şəxslərin kartlarını bankomata daxil edəndən sonra hesabda pul vəsaitinin olmadığını deyib. Həmin şəxslər bankomatdan uzaqlaşdıqdan sonra əvvəlcədən təyin etdiyi məbləğləri çıxararaq ərazidən kənarlaşıb.
O.Cəlilovdan əlavə olaraq psixotrop tərkibli metadon həbləri də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

13.10.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub 13.10.2025
  • Yaşlı insanların kartından pul oğurlayan şəxs saxlanılıb 13.10.2025
  • Çalışdıqları şirkətdən oğurluq edənləri polis saxladı 13.10.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 13.10.2025
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 13.10.2025
  • Ümumi çəkisi 183 kiloqramdan artıq olan 734 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib 13.10.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 13.10.2025
  • Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə bir daha çağırış etdi 13.10.2025