Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtda moped və velosiped oğruları saxlanılıblar

08.10.2025

Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək 1500 manat dəyərində mopedinin naməlum şəraitdə oğurlandığını bildirib. Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı Ə.Quliyev müəyyən edilərək saxlanılıb. 
Analoji hadisə Sabunçu rayonunda da baş verib. Ramana qəsəbə sakininin mopedini oğurlamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 46 yaşlı Ə.Bayramov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 
Nəsimi rayonunda isə iki nəfərin  velosipedini oğurlayan 25 yaşlı Ü.Aslanov, əvvəllər məhkum edilmiş 32 yaşlı K.Dadaşzadə və 25 yaşlı Ü.Aslanov saxlanılıblar. 
Faktlarla bağlı araşdırma aparılır.

08.10.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub 08.10.2025
  • Paytaxtda moped və velosiped oğruları saxlanılıblar 08.10.2025
  • Bakıda cibgirlik edən şəxs tutulub 08.10.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 08.10.2025
  • Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib 08.10.2025
  • Ümumi çəkisi 23,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 08.10.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 08.10.2025
  • Bakıda piyadalar üçün dərs: Polis ölüm anlarını göstərdi 08.10.2025
  • Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə müraciət edib 08.10.2025
  • Kiberpolisdən növbəti əməliyyat - daha bir neçə onlayn qumar şəbəkəsi ifşa olundu 08.10.2025