Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xırdalanda gecə saatlarında səs-küy yaradan şəxslərlə bağlı polis tədbirlər görür

09.10.2025

Xırdalan şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan motosikletlər və digər nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Tədbirlərlə bilərəkdən motosikletlərinə müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Bununla yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, səs-küy qaydalarını pozanlar, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyənlər, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlərlər müəyyən olunublar. 

Ümumilikdə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70 nəfərdən artıq şəxs barəsində inzibati tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb.

Paytaxtla yanaşı, Abşeron rayonunda da sakinləri narahat edən halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən kompleks tədbirlər davam etdirilir

Youtube linki - https://www.youtube.com/watch?v=KYLdo91fi7k

 

09.10.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 09.10.2025
  • Polis marketdə satıcıya qarşı soyğunçuluq edənləri saxladı 09.10.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 09.10.2025
  • Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib 09.10.2025
  • Ümumi çəkisi 2,3 kiloqramdan artıq narkotik vasitə və 1008 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb 09.10.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 09.10.2025
  • DİN BNMİ Astarada əməliyyat keçirdi 55 kq narkotik vasitə aşkarlandı 09.10.2025
  • Bakıda cibgirlik edən şəxs tutulub 09.10.2025
  • Xırdalanda gecə saatlarında səs-küy yaradan şəxslərlə bağlı polis tədbirlər görür 09.10.2025
  • Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub 09.10.2025