Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
01.10.2025Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.