Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
30.09.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Sentyabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 pulemyot, 5 tapança, 31 tüfəng, 15 patron darağı və 2091 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.