Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub
24.09.2025Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 49 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.