Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
11.09.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Sentyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 tüfəng, 6 patron darağı və 162 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.