Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
24.08.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Avqustun 23-də və 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 3 qumbara, 5 partladıcı, 15 tüfəng, 18 patron darağı və 1792 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.