Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi və Sabunçu rayonlarında oğurluq edən 4 şəxs saxlanılıb

29.06.2025

İyunun 28-də Nəsimi rayonu ərazisində yerləşən yaşayış kompleksindən*50 min manat dəyərində naqil oğurlanıb.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı T.Suanverdiyev müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Keçirilən tədbirlərlə 8000 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 26 yaşlı A.Kərimli və əvvəllər məhkum olunmuş 43 yaşlı Ş.Səfərov da saxlanılıblar.
Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən 48 yaşlı V.Abdullayevanın da polis əməkdaşları tərəfindən saxlanılması təmin edilib.
Araşdırmalar aparılır.

29.06.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub 29.06.2025
  • Nəsimi və Sabunçu rayonlarında oğurluq edən 4 şəxs saxlanılıb 29.06.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 29.06.2025
  • Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib 29.06.2025
  • Ümumi çəkisi 44,4 kiloqramdan artıq narkotik vasitə götürülüb 29.06.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 29.06.2025