Ümumi çəkisi 48,7 kiloqramdan artıq narkotik vasitə götürülüb
24.06.2025Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 48,7 kiloqramdan artıq narkotik vasitə, 17 ədəd psixotrop tərkibli həb, kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 13667 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.