Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunda polisin saxladığı kuryerlərdən 12 kiloqram narkotik vasitə aşkarlandı

23.06.2025

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsiredici xassəyə malik tramadol həbi aşkarlanıb.

İdarənin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayev də saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırma aparılır.


Youtube linki - https://www.youtube.com/watch?v=SISXCzf4UZs

 

23.06.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub 23.06.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 23.06.2025
  • Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib 23.06.2025
  • Ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və 210 ədəd psixotrop tərkibli həb götürülüb 23.06.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 23.06.2025
  • Səbail rayonunda polisin saxladığı kuryerlərdən 12 kiloqram narkotik vasitə aşkarlandı 23.06.2025