Sumqayıt şəhəri və Sabunçu rayonunda oğurluq edən 3 şəxs saxlanılıb
19.06.2025Sabunçu rayonu ərazisində yerləşən rabitə xidmətlərindən 355 metr naqil oğurlanıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, axtarışda olan 36 yaşlı V.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhərində isə təmir sexlərinin birindən 1600 manat dəyərində ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən 19 yaşlı N.Kərimov və 16 yaşlı yeniyetmə saxlanılıblar.
Araşdırmalar aparılır.