Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
17.06.2025Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə zor tətbiq edərək içərisində 745 manat, mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı olan pul kisəsini talayıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı R.Tağıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.