Əməliyyat tədbirləri ilə narkotik maddələr aşkar olunaraq məhv edilib
12.06.2025Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 12-də ümumi çəkisi 17 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 97 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 7 tona yaxın çəkidə 28168 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.