Abşeron rayonunda mağazalardan oğurluq edən şəxs saxlanılıb
09.06.2025Abşeron rayonunda yerləşən iki mağazadan oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 838 manat maddi ziyan vurulub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.