Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
06.06.2025İyunun 6-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.