Avtomobilində 8 kq narkotik vasitə daşıyan şəxslər saxlanılıb
30.04.2025Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb.
Paytaxtın Binəqədi rayonunda içərisində sərnişin də olan “Toyota” markalı avtomobilə baxış zamanı 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.