Paytaxtda bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar
20.04.2025Suraxanı rayonu ərazisində iki nəfərin bank kartından pul oğurlanıb. Paytaxt sakini olan iki nəfər bank kartından 578 manatının oğurlanması barədə polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı qadın və 18 yaşlı N.Babayev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda da bir nəfərin bank kartından 65 manat oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Əliyev də müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.