Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxsləri polis saxladı

21.04.2025

Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada  olan ödəmə terminalından 3567 manat oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar.
Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=Nwbiy-YykoE

 

21.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 21.04.2025
  • Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb 21.04.2025
  • Nəsimi rayonunda oğurluq edən şəxs saxlanılıb 21.04.2025
  • Suraxanı rayonunda silah-sursat aşkarlandı 21.04.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 21.04.2025
  • Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib 21.04.2025
  • Ümumi çəkisi 8,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 21.04.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 21.04.2025
  • Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxsləri polis saxladı 21.04.2025