Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN BNMİ-nin sonuncu əməliyyatı zamanı 29 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

15.04.2025

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb. Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb. 
F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=PDbSTfd44lM

 

15.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub 15.04.2025
  • Bakı və Abşeronda mobil telefon oğurlayanlar saxlanılıb 15.04.2025
  • Paytaxt sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 15.04.2025
  • DİN BNMİ-nin sonuncu əməliyyatı zamanı 29 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb 15.04.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 15.04.2025
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 15.04.2025
  • Ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 15.04.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 15.04.2025