Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb

12.04.2025

Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən bir nəfərə məxsus mobil telefon oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Məmmədova saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyası oğurlayan 22 yaşlı A.Qulizadənin, Nərimanov rayonunda isə bir nəfərə məxsus 2000 manat dəyərində mobil telefonu talayan 35 yaşlı A.Əliyev də saxlanılıb.
Araşdırmalar aparılır.

12.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub 12.04.2025
  • Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb 12.04.2025
  • Nəsimi rayon sakini olan 2 nəfər özlərində olan silah-sursatı könüllü polisə təhvil veriblər 12.04.2025
  • Polis Abşeronda əməliyyatlar keçirib 12.04.2025