Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Abşeronda əməliyyatlar keçirib

12.04.2025

Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin, Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib
Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb. 

Abşeron rayonunda qeyd edilən istiqamətdə tədbirləri davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=FM4bVKPa7NY

 

12.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub 12.04.2025
  • Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb 12.04.2025
  • Nəsimi rayon sakini olan 2 nəfər özlərində olan silah-sursatı könüllü polisə təhvil veriblər 12.04.2025
  • Polis Abşeronda əməliyyatlar keçirib 12.04.2025