Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərində evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb

04.04.2025

Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.
Araşdırmalar davam etdirilir.

04.04.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub 04.04.2025
  • Polis Nəsimi rayonunda narkotik vasitə aşkarladı 04.04.2025
  • Sumqayıt şəhərində evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb 04.04.2025
  • Nərimanov rayonunda oğurluq edən 2 şəxs saxlanılıb 04.04.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 04.04.2025
  • Axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib 04.04.2025
  • Əməliyyat tədbirləri ilə narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb 04.04.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 04.04.2025
  • DİN BNMİ-dən növbəti əməliyyat: 20 kq narkotik vasitə aşkarlandı 04.04.2025