Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxsi saxladı

28.03.2025

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı X.Kərimov avtomobillə birgə saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.
Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus 2000 manat dəyərində avtomobil disklərini oğurlamaqda şübhəli bilinən 32 yaşlı V.Əliyev, 31 yaşlı E.Tağıyev və 31 yaşlı S.Ələkbərovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.

28.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub 28.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 28.03.2025
  • Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib 28.03.2025
  • Ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 28.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 28.03.2025
  • Abşeron rayonunda quldurluq edən şəxs saxlanıldı 28.03.2025
  • Polis Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxsi saxladı 28.03.2025
  • Narkotik vasitə və silah-sursat aşkarlanıb 28.03.2025